
“Dekabrın 29-na keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları Novqorod vilayətində Rusiya prezidentinin iqamətgahına hücum edib”.
Yeniavaz.com xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, 91 PUA məhv edilib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Lavrov Ukrayna Silahlı Qüvvələrinin iqamətgaha hücum cəhdinə dair heç bir sübut təqdim etməyib.
Rusiya xarici işlər naziri bəyan edib ki, Moskva cavab zərbələri endirəcək və həmçinin danışıqlardakı mövqeyinə yenidən baxacaq:
“Bu hərəkətin Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin həlli üzrə intensiv danışıqları zamanı həyata keçirildiyini qeyd etmək istərdik. Bu cür ehtiyatsız hərəkətlər cavabsız qalmayacaq. Cavab zərbələrinin hədəfləri və Rusiya Silahlı Qüvvələri tərəfindən onların həyata keçirilmə vaxtı müəyyənləşib. Eyni zamanda, ABŞ ilə yekun prosesdən geri çəkilmək niyyətində deyilik. Dövlət terrorizmi siyasətinə keçən kriminal Kiyev rejiminin degenerasiyası ilə bağlı Rusiyanın danışıqlardakı mövqelərinə yenidən baxılacaq”.
Tətbiqimizi yükləyə bilərsiniz