
Ermənistan və Türkiyə xüsusi pasport kateqoriyalarına (diplomatik, xüsusi və xidməti) sahib olan şəxslər üçün vizaların verilməsini sadələşdirmək qərarına gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu qərar Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında ikitərəfli münasibətlərin tənzimlənməsinə dair razılaşmalardan sonra qəbul edilib.
Belə ki, 2026-cı il yanvarın 1-dən bu kateqoriyadan olan vətəndaşlar elektron vizaları (e-viza) pulsuz əldə edə biləcəklər.
Tətbiqimizi yükləyə bilərsiniz