
Azərbaycanın qol güləşi üzrə idmançısı Təbriz Səfərov diskvalifikasiya edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi məlumat yayıb.
Məlumata görə, idmançının dopinq testində qadağan edilmiş maddənin mövcudluğu və istifadəsi aşkarlanıb.
O, antidopinq qaydalarını pozduğuna görə 24 ay müddətinə diskvalifikasiya olunub.
Tətbiqimizi yükləyə bilərsiniz