Tramp Zelenskinin Ukraynaya dəvətinə cavab verdi


ABŞ prezidenti Donald Tramp Ukraynaya səfərinə xüsusi ehtiyac görmür.
Yeniavaz.com
xəbər verir ki, o, bunu Mar-a-Laqo iqamətgahındakı ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
“Buna ehtiyac olacağından əmin deyiləm, ancaq ayda 25 min insanın və ya nə qədər olursa olsun, həyatını xilas etməyə kömək edərsə, mən mütləq bunu etməyə hazır olardım”, - deyə Ağ Ev rəhbəri qeyd edib.
Tramp əlavə edib ki, münaqişənin həlli üçün razılığa gəlmək istəyir və bunun üçün onun Ukrayna səfəri zəruri deyil.

DİGƏR XƏBƏRLƏR

Top