Putin və Zelenski arasında telefon danışığı baş tuta bilər – “Fox News”


Beş ildən çox müddətdən sonra ilk dəfə Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volofimir Zelenski arasında telefon danışığı baş tuta bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fox News” telekanalı danışıqlarla bağlı məlumatlı mənbəyə istinadla bildirib.
Telekanalın mənbəyinə görə, Putin və Zelenski arasında birbaşa telefon əlaqəsinin təşkili Tramp üçün diplomatik uğur ola bilər.
Bununla belə, mənbənin sözlərinə görə, bu məsələdə əsas maneə Putinin Zelenski ilə birbaşa danışmaq istəməməsidir.
Qeyd edək ki, Putin və Zelenski sonuncu dəfə 26 iyul 2020-ci ildə telefonla danışıblar. Kremlin məlumatına görə, həmin vaxt telefon danışığı Kiyevin təşəbbüsü ilə baş tutub və tərəflər qarşılığlı münasibətlərin müxtəlif aspektlərini müzakirə ediblər. O vaxtdan indiyə qədər Putin dəfələrlə birbaşa danışıqlardan imtina edib.
Xatırladaq  ki, Donald Tramp və Vladimir Zelenski Floridada, ABŞ prezidentlərinin iqamətgahı olan Mar-a-Laqoda danışıqlar aparıblar. Görüşdən sonra tərəflər Ukraynada hərbi əməliyyatlara son qoymaq üçün mümkün razılaşma ilə bağlı mövqelərində əhəmiyyətli dərəcədə yaxınlaşma elan ediblər. Eyni zamanda, onlar nizamlamanın əsas parametrlərinin, ilk növbədə ərazi məsələsinin və Donbasın gələcəyinin hələ də həll olunmadığını etiraf ediblər. Tramp qeyd edib ki, bir neçə həftə ərzində danışıqların konkret razılaşmalara nail olmaq iqtidarında olub-olmadığı məlum olacaq.

DİGƏR XƏBƏRLƏR

Top