“Globe Soccer Awards”ın qalibləri məlum oldu – Tam siyahı


2025-ci il üçün “Globe Soccer Awards” mükafatlarının qalibləri məlum olub.
Yeniavaz.com
xəbər verir ki, təqdimetmə mərasimi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində baş tutub.
Yeniavaz.com xəbər verir ki, əsas kateqoriyalar üzrə qaliblərin siyahısı aşağıda kimi olub:
Ən yaxşı oyunçu: Usman Dembele (PSJ);
Ən yaxşı məşqçi: Luis Enrike (PSJ);
Ən yaxşı Yaxın Şərq oyunçusu: Kriştianu Ronaldu (“Ən-Nəsr”);
Ən yaxşı gənc oyunçu: Desire Due (PSJ);
Ən yaxşı hücumçu: Lamin Yamal (“Barselona”);
Ən yaxşı yarımmüdafiəçi: Vitinya (PSJ);
Ən yaxşı kişi komandası: PSJ;
Ən yaxşı milli komanda: Portuqaliya;
Ən yaxşı qadın oyunçu: Aytana Bonmati (“Barselona”);
Ən yaxşı qadın komandası: “Barselona”;
Ən yaxşı idman direktoru: Luis Kampos (PSJ);
Ən yaxşı futbol agenti: Xorxe Mendeş;
Ən yaxşı klub prezidenti: Nasser Əl-Xelayfi (PSJ);
Ən yaxşı karyera: Andres İnyesta və Hidetoşi Nakata;
İlin geridönüşü: Pol Poqba (“Monako”);
Ən yaxşı psixi məşqçi: Nikoletta Romanazzi.
Ən yaxşı akademiya: “Right to Dream”;   
Ən yaxşı klub brendinqi: “Los-Anceles”.
Dieqo Maradona Mükafatı (müstəsna futbol bacarığı və istedadına görə) - Lamin Yamal;
İlin ən yaxşı idmançısı - Novak Cokoviç;

Mərasimdə həmçinin, xüsusi xatirə mükafatı da təqdim edilib. Mükafat Dioqo Jotanın valideynləri Joakim və İzabelə təqdim edilib. Dioqo Jota və qardaşı Andre Teyşeyra 3 iyulda İspaniyada baş verən avtomobil qəzasında faciəvi şəkildə həlak olublar və bu jest onların xatirəsini yad etmək və bu çətin dövrdə ailəyə dəstəyi ifadə etmək məqsədi daşıyır.

DİGƏR XƏBƏRLƏR

Top