
ABŞ Prezidenti Donald Trampın Ukrayna nümayəndə heyəti və Avropa liderləri ilə görüşü yanvar ayına planlaşdırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib.
“Biz razılığa gəldik ki, komandalarımız müzakirə olunan bütün məsələləri yekunlaşdırmaq üçün yaxın həftələrdə görüşsünlər. Prezident Tramp bizi, ehtimal ki, Vaşinqtonda, yanvar ayında Avropa liderləri və Ukrayna nümayəndə heyəti ilə birlikdə qəbul edəcək”, - deyə Zelenski bildirib.
Zelenski daha sonra “Telegram” kanalında Ukrayna və ABŞ nümayəndələri arasında görüşün gələn həftə baş tutacağını qeyd edib. “Biz razılaşdıq ki, komandalarımız müzakirə olunan bütün məsələləri yekunlaşdırmaq üçün gələn həftə görüşsünlər”, - o əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz