
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2025-ci ilin simvolik yığmasını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, qurumun yaydığı siyahıya əsasən, ilin ən yaxşı qapıçısı kimi “Mançester Siti”nin üzvü Canluici Donnarumma seçilib.
Müdafiə xətti tamamilə PSJ futbolçularından formalaşıb. Simvolik komandada Aşraf Hakimi, Nunu Mendeş və Vilyam Paço yer alıb.
Yarımmüdafiəçilər sırasında PSJ-dən Vitinya, “Barselona”dan isə gənc ulduzlar Pedri və Lamin Yamal yer alıblar.
Hücum xətti də ulduz adlarla zəngindir. Buraya “Real Madrid”in forvardı Kilian Mbappe, “Mançester Siti”dən Erling Haaland, “Bavariya”nın hücumçusu Harri Keyn və PSJ-nin futbolçusu Usman Dembele daxil edilib.
Qeyd edək ki, IFFHS hər il futbolçuların klub və milli səviyyədəki çıxışlarını nəzərə alaraq ilin simvolik yığmasını müəyyənləşdirir.
Tətbiqimizi yükləyə bilərsiniz