MAQATE-nin vasitəçiliyi ilə Zaporojye AES-də elektrik xəttinin təmirinə başlanılıb


Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası (AES) yaxınlığında yerləşən elektrik xəttində mühüm təmir işlərinə başlanıldığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, təmir işləri MAQATE-nin vasitəçiliyi ilə əldə olunan atəşkəsdən sonra mümkün olub.
MAQATE-nin yaydığı məlumata əsasən, hərbi münaqişə şəraitində mümkün nüvə qəzasının qarşısını almaq məqsədi daşıyan bu işlər bir neçə gün davam edəcək. Təmir prosesini MAQATE-nin bölgədə fəaliyyət göstərən mütəxəssislər qrupu yaxından izləyir.
MAQATE-nin açıqlamasında bildirilir ki, Rafael Qrossi Zaporojye AES ilə Zaporojye İstilik Elektrik Stansiyasının (İES) paylama məntəqələri arasında enerji ötürülməsinin bərpasına yönəlmiş bu müvəqqəti “sükut pəncərəsi”nin yaradılmasına razılıq verdiklərinə görə münaqişə tərəflərinə təşəkkür edib. Onun sözlərinə görə, bu addım regionda nüvə təhlükəsizliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

DİGƏR XƏBƏRLƏR

Top