Ordubadda qarın hündürlüyü 29 sm-ə çatıb – Fotolar


Naxçıvanda qarlı-şaxtalı hava şəraiti hökm sürür.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda muxtar respublikanın şəhər və rayonlarına qar yağır.
“Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 29, Parağaçay Qar Uçqunu Stansiyasında 7, Şahbuz rayonunun Kükü kəndində 16, Şərurda 5, Sədərək və Kəngərlidə 3, Şərurun Axura kəndində isə 8 santimetr qeydə alınıb”, - məlumatda deyilir.


DİGƏR XƏBƏRLƏR

Top