ABŞ Konqresi Azərbaycanla bağlı qanun layihəsinin mətnini açıqladı


ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə 907-ci qanun layihəsinin mətni yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Konqressin saytında məlumat paylaşılıb. 
Sənəddə bildirilir ki, Azərbaycan Respublikası müstəqillik qazandığı gündən indiyədək ABŞ və onun tərəfdaşları üçün etibarlı müttəfiq olaraq qalıb, müharibə və sülh dövründə mühüm əməkdaşlıq həyata keçirib.
Həmçinin vurğulanır ki, Azərbaycan Cənubi Qafqazda sülhün prioritet olduğunu açıq şəkildə nümayiş etdirib və müvafiq sərhədlər, ərazi bütövlüyü Azərbaycan və Ermənistan tərəfindən razılaşdırılan sülh sazişi ilə təsbit olunub.
Qanun layihəsinə əsasən, Azadlığa Dəstək Aktının 907-ci maddəsi ləğv edilir və qanunun mündəricatında həmin maddə ilə əlaqəli bənd çıxarılır.
Layihə Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Luna Anna Paulina tərəfindən dekabrın 9-da Konqresə təqdim edilib.

DİGƏR XƏBƏRLƏR

Top