İsrailin şimalında terror aktı − Ölənlər var


İsrailin şimalında terror aktı baş verib. 
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
Hücum nəticəsində iki israilli həlak olub.
Mətbuat xidməti əlavə edib ki, zərərsizləşdirilən terrorçu Fələstin ərazilərinin sakinidir. O, orta-ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
“Kan”ın məlumatına görə, insident İsrailin şimalındakı Beyt Şean şəhəri yaxınlığında başlayıb. Burada terrorçu 68 yaşlı kişini və 16 yaşlı oğlanı avtomobili ilə vurub.Kişi həyatını itirib, oğlan isə yüngül xəsarətlər alıb. Daha sonra terrorçu Eyn Haroda məhəlləsindəki Tel Yosef qovşağına doğru yoluna davam edib və orada avtomobilindən çıxıb və 20 yaşlı qadını bıçaqlayaraq öldürüb. Daha sonra o, Afula şəhərinə doğru davam edərək yol ayrıcında 37 yaşlı kişini vurub. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. 

DİGƏR XƏBƏRLƏR

Top