Çində dünyanın ən uzun tuneli açıldı


Çinin şimal-qərbində dünyanın ən uzun yüksək sürətli avtomobil yolu tuneli açılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, tunelin uzunluğu 22,13 kilometrə çatır. “Tyanşan Şenli” adlı bu tunelin tikintisinə 2020-ci ilin aprelində başlanılıb.
Tunel Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Rayonunun Tyanşan dağlarından keçir.
Agentliyin yazdığına görə, tunelin açılması Tyanşan dağlarının bu hissəsində səfər müddətini bir neçə saatdan 20 dəqiqəyə qədər azaldacaq.
Tunelin tikintisi beş il çəkib və 46,7 milyard yuana (6,63 milyard dollara) başa gəlib.
Tunelin maksimal dərinliyinin 1,1 km olduğu bildirilir.
Tunel yüksək seysmik aktivlik və ekstremal hava şəraitinin olduğu bölgədə yerləşən 16 qırılma zonasından keçir.

DİGƏR XƏBƏRLƏR

Top