
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində beşmərtəbəli yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Yeniavaz.com FHN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Məlumata görə, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Tətbiqimizi yükləyə bilərsiniz