Sarayda avtobus yandı – Fotolar


Bakı-Sumqayıt şosesinin Abşeron rayonu, Saray qəsəbəsindən keçən hissəsində avtobusda yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Xəsarət alan yoxdur.
Qeyd edək ki, marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobus Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsusdur.

DİGƏR XƏBƏRLƏR

Top