Bu gün Bakının iki rayonunda qaz kəsiləcək


Bu gün Bakının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonunda yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması və qaz xəttinin yerinin dəyişdirilməsi, Xətai rayonu, Ağ şəhər ərazisində isə yeni çəkilmiş qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədar 12 dekabr 2025-ci il saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top