Paşinyanın təyyarəsi PUA hücumuna görə Moskvaya enə bilmədi


Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvada eniş üçün icazə ala bilmədikdən sonra Sankt-Peterburqda məcburi eniş edib.
Yeniavaz.com
erməni KİV-ə istinadla xəbər verir ki, ACJ319 tipli “Airbus” təyyarəsi eniş imkanı gözləyərək təxminən bir saat Tver vilayəti üzərində dövrə vurub, lakin sonda “Pulkovo” hava limanına göndərilib.
Bildirilir ki, aviadaşımaların pozulmasına səbəb Ukrayna ordusunun Moskva vilayəti üzərinə son dövrlərin ən böyük pilotsuz uçuş aparatı (PUA) hücumlarından biri olub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Hava Hücumundan Müdafiə qüvvələri bir gecə ərzində Moskva vilayətində 32 PUA-nı vurub. Sakinlərin sözlərinə görə, Zelenoqrad, Ramenskoye, Odintsovo və Dubna şəhərlərində partlayış səsləri eşidilib.

DİGƏR XƏBƏRLƏR

Top