
“Bundestaq” Vladimir Leninin, eləcə də keçmiş Almaniya Demokratik Respublikasının (ADR) xadimlərinin adlarını daşıyan küçələrin adlarının dəyişdirilməsini tələb edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Almaniya Sosialist Birlik Partiyasının (ADR zamanı hakim partiya idi) repressiya qurbanları üzrə Bundestaq komissarı Evelin Zupke bildirib.
“Almaniyanın yenidən birləşməsindən 35 il sonra heç bir küçəyə Leninin, Otto Qrotevolun (1949-1964-cü illərdə ADR Nazirlər Şurasının sədri) və ya Vilhelm Pikin (Almaniya Sosialist Birlik Partiyasının həmtəsisçisi, ADR-in keçmiş prezidenti) adı verilməməlidir. Küçə adları bu gün demokratik cəmiyyətimiz tərəfindən minnətdarlıq ifadəsidir. Bu şəxslər, əksinə, minlərlə qurbanın iztirablarını təmsil edirlər”, - o əlavə edib.
Qeyd edək ki, Şərqi Almaniyanın bir çox şəhərlərində hələ də Lenin və ADR-in hakim partiya funksionerlərinin adına küçələr var. Hətta alman-sovet dostluğuna həsr olunmuş küçələr də mövcuddur. Küçələrin adlarının dəyişdirilməsi məsələsi qızğın müzakirələrə, hətta Yerixov (Saksoniya-Anxalt) şəhərində olduğu kimi hüquqi prosedurlara səbəb olub. Orada adların dəyişdirilməsinin əleyhdarları “Almaniya üçün Alternativ” partiyasından siyasi dəstək alıblar.
Tətbiqimizi yükləyə bilərsiniz