
Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
“Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı “BMW” və “HYUNDAİ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və nəticədə “BMW”markalı minik avtomobilində yanğın yarandığı müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “BMW” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Digər avtomobil yanğından mühafizə olunub”, - məlumatda deyilir.
Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, qəzada “BMW” markalı minik avtomobilinin sürcüsü Qurbanəli Əlizadə həlak olub.

Tətbiqimizi yükləyə bilərsiniz