
Avropa İttifaqı (Aİ) “Meta”ya qarşı “WhatsApp” messencerindəki süni intellekt funksiyasına görə antiinhisar qaydalarının pozulması ilə bağlı araşdırmaya başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
İddiaya görə, “Meta”nın mesajlaşma proqramında süni intellekt alətlərinə aid olan yeni siyasəti rəqabətə zərər verə bilər. Çünki digər Avropa şirkətləri süni intellektlə bağlı xidmətlərini “WhatsApp” vasitəsilə təklif edə bilər. Bu isə “Meta”nın “WhatsApp” platformasında süni intellekt xidmətləri göstərən şirkətlər üçün giriş imkanlarını qanunsuz şəkildə məhdudlaşdırılmasına deməkdir.
Aİ-nin Antiinhisar Komissarı Teresa Ribera araşdırmaların məqsədinin rəqəmsal bazarda dominant oyunçuların innovativ rəqibləri sıxışdırmaq üçün öz səlahiyyətlərindən sui-istifadə etmələrinin qarşısını almaq olduğunu bildirib.
Onun sözlərinə görə, Aİ üçün “WhatsApp”da təkcə “Meta”nın deyil, digər süni intellekt köməkçilərinin də əlçatan olması zərurət təşkil edir.
“Bloomberg” xəbər verir ki, “Meta” tənzimləyicilərin bu iddialarını aradan qaldırmaq üçün həllər təqdim etməli olacaq.
Agentliyin bildirdiyinə görə, Aİ-nin antiinhisar qaydalarını pozmağa görə maksimum cərimə qlobal illik gəlirin 10%-ni təşkil edir. Ancaq bununla belə, cərimələr çox nadir hallarda bu qədər böyük olur.
Mesajlaşma proqramının nümayəndəsi isə bu iddiaları əsassız adlandırır. Onun sözlərinə görə, süni intellekt sənayesi yüksək rəqabətlidir, buna görə də, istifadəçilər müxtəlif kanallar vasitəsilə xidmətlərə daxil ola bilərlər.
Tətbiqimizi yükləyə bilərsiniz