Britaniya Ermənistana hərbi attaşe təyin etdi – İlk dəfə


Britaniya Ermənistana ilk rezident hərbi attaşe təyin edib. 
Yeniavaz.com
“Armenpress” agentliyinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ermənistandakı səfirliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bu vəzifəyə mayor Tomas Şorland Ball təyin edilib.
“Bu tarixi addım Böyük Britaniya və Ermənistan arasında tərəfdaşlığın getdikcə məhkəmləndiyini əks etdirir və müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək”, - səfirliyin bəyanatında deyilir.

DİGƏR XƏBƏRLƏR

Top