Dünyanın ən yaxşı hücumçusu mükafatının finalçıları açıqlandı


Dünyanın ən yaxşı hücumçusu üçün 2025-ci il “Globe Soccer Awards” mükafatının yekun namizədləri açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Globe Soccer Awards” mükafatının rəsmi saytında məlumat verilib.
Siyahıya Avropa klublarından 8 futbolçu daxil olub.  
Siyahını təqdim edirik:
- Usman Dembele (PSJ, Fransa);
- Harri Keyn (“Bavariya”, Almaniya);
- Xviça Kvaratsxeliya (PSJ, Fransa);
- Robert Levandovski (“Barselona”, ​​İspaniya);
- Kilian Mbappe (“Real Madrid”, İspaniya);
- Rafinya (“Barselona”, ​​İspaniya);
- Məhəmməd Salah (“Liverpul”, İngiltərə);
- Lamin Yamal (“Barselona”, ​​İspaniya).


Qeyd edək ki, 2024 “Globe Soccer Awards”ın ən yaxşı hücumçusu “Real Madrid”in futbolçusu Vinisius Junior seçilib. Mükafat Dubayda keçirilən mərasimdə təqdim olunub.

DİGƏR XƏBƏRLƏR

Top