
San-Fransiskodakı Kaliforniya Elmlər Akademiyası ABŞ-nin ən məşhur albinos timsahı Klodun ölüyünü açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Bildirilib ki, 30 yaşlı timsah “Golden Gate Park”dakı Elm Muzeyində yaşayırdı. O, San-Fransiskonun simvollarından birinə çevrildi - uşaq kitabının, reklamların və yumçaq oyuncaq olmuşdur.
Muzeyin bəyanatında deyilir ki, timsah 17 il ərzində mədəniyyət müəssisəsinə gələn ziyarətçiləri ovsunlayan sakit xarizmaya malik idi.
Albinos timsahları vəhşi təbiətdə çox sağ qalmırlar, lakin amerikalı timsahlar qapalı şəraitdə 70 ilə qədər yaşaya bilirlər.
Sentyabr ayında muzey Klodun 30 yaşını qeyd edib. Onun üçün balıq və buzdan hazırlanmış timsah formalı xüsusi tort hazırlanıb. Muzeydə Klodun şərəfinə xatirə lövhəsi açılacaq.
Tətbiqimizi yükləyə bilərsiniz