
Rusiya hərbçilərinin Ukraynanın Dnepropetrovsk vilayətinin inzibati mərkəzi olan Dnepr şəhərinə raket hücumu nəticəsində azı 4 nəfər ölüb, 22 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Vladislav Hayvanenko öz “Telegram” kanalında məlumat yayıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, evlərə, fabrikə və texniki xidmət stansiyasına ziyan dəyib.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Dnepr şəhərinə raket hücumu ilə bağlı heç bir məlumat yaymayıb.
Tətbiqimizi yükləyə bilərsiniz