
Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Teymur Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.
Onu da bildirək ki, artıq FHN-in rəsmi veb-səhifəsindən də Teymur Mehdiyevlə bağlı məlumatlar götürülüb.
Xatırladaq ki, bir müddət əvvəl yerli KİV-də R. Mehdiyevin dövlətə xəyanətdə ittiham olunmasına və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə dair məlumatlar yayılıb.
Tətbiqimizi yükləyə bilərsiniz