İspaniyadan unikal rekord – Məğlubiyyətsiz 31 oyun


2023-cü ildən rəqibinə uduzmayan İspaniya millisi rəsmi oyunlarda məğlubiyyətsizlik seriyasını 31 oyuna çatdırıb.
Yeniavaz.com
AS nəşrinə istinadla xəbər verir ki, bu, DÇ-2026-nın Avropa seçmə mərhələsinin altıncı turunun Türkiyə ilə oyununda (2:2) baş verib.
Bununla da, Luis de la Fuentenin komandası məğlubiyyətsizlik seriyasına görə İtaliyanın dünya rekordunu (2018-ci ildən 2021-ci ilə qədər) təkrarlayıb.
İspaniya millisi sonuncu dəfə 2023-cü ilin martında Avro-2024-ün seçmə mərhələsində Şotlandiya ilə rəsmi oyunda məğlub olub. Oyun 0-2 hesabı ilə başa çatıb.
Bu müddət ərzində İspaniya millisi 2023 Millətlər Liqasının və 2024-cü il Avropa Çempionatının qalibi olub.
Qeyd edək ki, de la Fuentenin yetirmələri 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanıblar.

DİGƏR XƏBƏRLƏR

Top