
Bakı-Qazax magistral yolunun 90-cı kilometrindən başlayaraq aparılan təmir işləri ilə əlaqədar olaraq yaranmış nəqliyyat sıxlığı, əraziyə cəlb edilən Dövlət Yol Polisi və Post-Patrul Xidməti əməkdaşlarının fasiləsiz xidməti nəticəsində aradan qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda qeyd olunan istiqamətdə hərəkətin təhlükəsiz və fasiləsiz təşkili xidmətə cəlb olunan polis əməkdaşları tərəfindən davam etdirilir.
Sürücülərdən xahiş olunur ki, yol hərəkəti hərəkəti qaydalarına əməl etsinlər və əks istiqamətli hərəkət zolağına çıxmasınlar.
Tətbiqimizi yükləyə bilərsiniz