
Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa və xarici işlər naziri Əsəd əl-Şeybani ABŞ səfərinə basketbol oyunu ilə başlayıb.
Yeniavaz.com xəbər verir ki, onlara ABŞ Mərkəzi Komandanlığının komandanı admiral Bred Kuper və İŞİD-ə qarşı beynəlxalq koalisiyanın rəhbəri admiral Kevin Lambert də qoşulub.
“Admirallar Kuper və Lambertlə meydanda bir az məşq”, - deyə Əhməd əl-Şaraa sosial şəbəkə hesabında yazıb.
Ancaq o, oyunun yeri ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, Əhməd əl-Şaraa noyabrın 8-də ABŞ-yə rəsmi səfərə gedib.
Əhməd əl-Şaranın noyabrın 10-da Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü nəzərdə tutulur.
Həmçinin, Əl-Şaranın Vaşinqtona səfəri zamanı Suriyanın İŞİD terror təşkilatına qarşı ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulması ilə bağlı sənədlərin imzalanması gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz