Mehdiyevin işi üzrə köməkçisi həbs edilib – KİV


AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Əmirov Eldar Qurban oğlunun məkhəmənin qərarı ilə həbs edildiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilir ki, E. Əmirov Ramiz Mehdiyev işinə görə, dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilib.
Agentliyin məlumatına görə, onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Eldar Əmirov Administrasiyanın əməkdaşı, daha sonra isə onun köməkçisi olub.

DİGƏR XƏBƏRLƏR

Top