
“Yuventus” Luçano Spaletti ilə razılığa gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Gianlucadimarzio” məlumat yayıb.
Bildirilib ki, müqavilə bu mövsümün sonuna qədər davam edəcək və komanda Çempionlar Liqasına vəsiqə qazanarsa, müqavilə uzadılacaq.
Qeyd edək ki, “Yuventus” oktyabrın 27-də xorvatiyalı İqor Tudoru baş məşqçi vəzifəsindən azad edib. Massimo Brambille “Yuventus”un müvəqqəti baş məşqçisi təyin edilib.
Tətbiqimizi yükləyə bilərsiniz