Rusiya ordusu qadınlardan ibarət hücum dəstələri yaradır


Rusiya ordusu Pokrovsk istiqamətindəki şəxsi heyət itkisini kompensasiya etmək üçün qadınlardan ibarət hücum dəstələri yaratmağa başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RBC-Ukrayna” “Atəş” partizan hərəkatına istinadla məlumat yayıb.
Məlumata görə, əsasən Rusiyanın 506-cı motoatıcı alayının komandanlığı şəxsi itkiləri kompensasiya etmək üçün qadınları hücum bölmələrinə cəlb edir.
“Bu, muzdlu və müqaviləli əsgər ehtiyatlarını tükətdiyini göstərir”, - deyə məlumatda qeyd edilib.
Hücumlardan əlavə, Rusiya ordusu qadınlardan kəşfiyyat üçün istifadə edir. Belə ki, hücum uğursuz olarsa, onlara mülki geyim geyinmək, həmçinin, Ukrayna ordusunun əməliyyatları haqqında kəşfiyyat aparmaq və məlumat ötürmək əmri verilir.

DİGƏR XƏBƏRLƏR

Top