
İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) korrupsiya və rüşvət istintaqı çərçivəsində yeni əməliyyat həyata keçirilib.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, istintaq orqanı bələdiyyəyə qarşı tenderlərin reklamında korrupsiya iddiaları irəli sürüb.
Nəticədə, 14 nəfər haqqında həbs-qətimkan tədbiri seçilib.
Artıq şübhəlilərdən 13-ü nəzarətə götürülüb. Şübhəlilərdən birinin axtarışda olduğu bildirilir.
Digər tərəfdən, Antalya Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya və rüşvət istintaqı çərçivəsində yeni əməliyyat həyata keçirilib. Əməliyyat çərçivəsində 17 nəfər saxlanılıb.
Qeyd edək ki, hazırda İBB istintaqı çərçivəsində 97 nəfər saxlanılıb. Ümumilikdə, martın 19-dan etibarən İBB-yə qarşı 7 əməliyyat keçirilib.