ABŞ Suriyada İŞİD liderini məhv etdi


ABŞ ordusu İŞİD terror hərəkatının yüksək rütbəli komandirini məhv edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata görə, Müslih əl-Hərdani Suriyanın şimalındakı əl-Bab şəhəri yaxınlığında keçirilən reyd zamanı öldürülüb. Onunla birlikdə iki oğlu Abdullah əl-Hərdani və Əbd ər-Rəhman əl-Hərdani də öldürülüb. ABŞ onların da terror qruplaşması ilə əlaqəli olduğunu bildirir.
ABŞ tərəfinin bildirdiyinə görə, onlar ABŞ qüvvələri, beynəlxalq koalisiya və Suriyanın yeni hökuməti üçün təhlükə yaradıb.

DİGƏR XƏBƏRLƏR

Top