
İyulun 25-də İstanbulda İranın nüvə proqramı ətrafında yaranmış böhranın nizamlanması üzrə İran və “Avropa üçlüyü” ölkələri (Böyük Britaniya, Fransa və Almaniya) arasında danışıqların yeni raundu keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İsmayıl Bəqai İranın dövlət televiziya və radio şirkətinin sualını cavablandırarkən bildirib.
“Avropa ölkələrinin sorğusuna cavab olaraq, İran JCPOA (“Birgə Kompleks Fəaliyyət Planı”) üzrə üç avropalı iştirakçı ilə danışıqların yeni raundunun keçirilməsinə razılıq verib”, - Bəqai qeyd edib.
Onun sözlərinə görə, görüş İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutacaq. İranı Məcid Təxt-Rəvançi və Kazım Qəribabadi təmsil edəcək.