
Ermənistanın səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com xəbər “İzvestiya” qəzetinə istinadla xəbər verir ki, Ermənistan səfirinin Rusiya XİN-ə çağırılmasının səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin respublikanın Xarici İşlər Nazirliyinə çağırılıb. Orada o, etiraz notası alıb. Etiraza səbəb isə Rusiyada rəsmilərin səsləndirdiyi qeyri-dost qiymətləndirmələr olub. İrəvan həmçinin Rusiya mətbuatında açıq-aşkar dost olmayan ritorikaya kəskin etirazını bildirib.