ABŞ-nin Ukraynaya yardımı 123 milyard dolları keçdi


ABŞ-nin Ukraynaya yardımının həcmi 123,3 milyard dollara çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kil Dünya İqtisadiyyatı İnstitutu (Almaniya) məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin aprelinə qədər hərbi yardımlar 69,5 milyard dollar, maliyyə yardımları 50,1 milyard dollar, humanitar yardımlar 3,7 milyard dollar təşkil edib.
İnstitutun məlumatına görə, 2025-ci ilin mayından iyulun əvvəlinə qədər yeni tədarüklər həyata keçirilməyib.
ABŞ iyulun 2-də Ukraynaya mühüm “Patriot” qurğularının, zenit-raket komplekslərinin, dəqiq idarə olunan döyüş sursatlarının və 155 mm-lik mərmilərin çatdırılmasını dayandırıb.
Hazırda Pentaqon öz arsenallarını nəzərdən keçirir və Kiyevə uzunmüddətli yardım və Yaxın Şərqdəki əməliyyatlar səbəbindən onların azalmasından narahatdır.
Silahların bəziləri artıq Avropadadır, lakin bir partiyası Ukraynaya göndərilməmişdən əvvəl saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top