Qəzzada ölənlərin sayı 57 min 400 nəfəri keçdi


İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 80-dən çox fələstinli ölüb, 300-dən çox fələstinli yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Qəzza zolağının Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
“İyulun 6-da İsrail ordusunun hücumları nəticəsində Fələstin anklavında ən azı 82 nəfər ölüb, 304 nəfər yaralanıb”, - məlumatda qeyd edilib.
Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, yaralıların bir hissəsi hələ də dağıntılar altındadır və xilasetmə xidmətləri onlara çata bilmir.
Qeyd olunub ki, ümumilikdə, 7 oktyabr 2023-cü il tarixindən etibarən İsrail təcavüzü nəticəsində ölənlərin sayı artaraq, 57 min 418 nəfərə, yaralananların sayı 136 min 260 nəfərə çatıb.
Nazirlik həmçinin, 2025-ci il martın 18-dən bu yana ən azı 6 min 860 fələstinlinin öldüyünü, 24 min 200 fələstinlinin yaralandığını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top