Binəqədidə sex yandı – Video


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Yeniavaz.com
Nazirliyin yaydığı məlumata istinadla xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
“Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 220kv.m. olan divar kağızı istehsalı sexində baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən bitişik tikilən anbarlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexin yanar konstruksiyaları və içərisində olan 2 ədəd dəzgah yanıb.
Sexə bitişik tikilən anbarlar yanğından mühafizə olunub”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top