
Dünyanın ən quraq səhrası olan Çilinin Atakama səhrasına qar yağıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ALMA rəsədxanası “X” sosial media hesabında məlumat yayıb.
“Bu inanılmazdır! Dünyanın ən quraq səhrası olan Atakama qarla örtülüb!”, - məlumatda bildirilib.
Qar qısa bir vaxtda səhranın qum təpələrini örtüb.
Rəsədxananın məlumatına görə, bu, Atakamada 10 ildə yağan ilk dəfə qardır.
AWESOME! The Atacama Desert in Chile, the driest in the world, is SNOWY! 🤩😱🥶 pic.twitter.com/ltfMmUWqha
— ALMA Observatory📡 (@almaobs) June 26, 2025