NATO ölkələri sammitdə Kiyevə 40 milyard avro vəd edəcək


NATO ölkələri alyansın sammitində Kiyevə qarşıdakı 12 ay ərzində 40 milyard avro məbləğində dəstək vəd edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-ın jurnalistlərinə Almaniya hökumətindəki mənbə məlumat verib.
“Ukraynaya dəstəyi maliyyələşdirənlərin vədləri qarşıdakı 12 ay ərzində 40 milyard avro təşkil edəcək”, - o qeyd edib.
Onun sözlərinə görə, bu, əvvəlki alyans sammitində Kiyevə vəd edilən məbləğə uyğundur.
Mənbə qeyd edib ki, Kiyevə davamlı dəstək yekun bəyanatda öz əksini tapacaq. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin sammitdə iştirak edəcəyini də təsdiqləyib. 

DİGƏR XƏBƏRLƏR

Top