
İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün sabah Moskvaya səfər etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, nazir bu barədə İstanbulda keçirdiyi mətbuat konfransında açıqlama verib. O bildirib ki, səfər çərçivəsində Rusiyada ciddi məsləhətləşmələr aparılacaq və səfər planına Rusiya prezidenti ilə birbaşa görüş də daxildir.
Əraqçinin Moskvaya səfəri İsrail və ABŞ tərəfindən İran ərazisinə endirilən son hücumların fonunda baş verir. Hazırkı regional gərginlik şəraitində bu görüşün Yaxın Şərqdəki vəziyyətin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyacağı gözlənilir. İran və Rusiya arasında aparılacaq diplomatik müzakirələrin nəticələri yaxın günlərdə diqqət mərkəzində olacaq.