
Bu gün səhər İsrail ordusunun kiber komandanlığının qərargahı - C4I korpusu və İsrail ordusunun Qav Yamdakı kəşfiyyat mərkəzi İranın raket zərbələrinin hədəfi olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Məlumata görə, orada kəşfiyyat məlumatlarının emal olunmasına və kiber əməliyyatların həyata keçirilməsinə cavabdeh olan minlərlə hərbi qulluqçu olub.
Agentliyin məlumatına görə, Qav Yamdakı kəşfiyyat mərkəzi İsrailin cənubundakı Beer Şeva şəhərindəki Soroka xəstəxanasının yanında yerləşir.
IRNA qeyd edir ki, xəstəxana partlayış dalğasına məruz qalsa da, ciddi ziyan görməyib, hərbi infrastruktur isə dəqiq zərbə ilə vurulub.