“ABŞ danışıqları bərpa etmək üçün İsrailin hücumlarını dayandırmalıdır”


İran Prezidenti Məsud Pezeşkian türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında deyib ki, ABŞ danışıqları bərpa etmək üçün İsrailin Tehrana hücumlarını dayandırmalıdır.
Yeniavaz.com
xəbər verir ki, “Mehr” xəbər agentliyi onun sözlərindən sitat gətirib.
“ABŞ danışıqları bərpa etmək istəyirsə, ilk növbədə İsrailin regional təcavüzünü dayandırmalıdır”, - Pezeşkian bildirib.
İran Prezidenti deyib ki, İran müharibəni genişləndirmək niyyətində deyil, lakin torpaqlarına edilən hər hansı hücuma cavab verəcək.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə proqramını hədəf alan “Aslan milləti” əməliyyatına başlayıb. Aradan 24 saat keçməmiş İslam Respublikası cavab hücumuna keçib. İsrail və İran növbəti günlərdə yenidən bir-birlərinin ərazilərinə zərbələr endiriblər.

DİGƏR XƏBƏRLƏR

Top