“İran lazım bildiyi zaman İsraili müasir silahlarla vuracaq” – SEPAH


“İran silahlı qüvvələri İsrailə qarşı son zərbələr zamanı hələ də öz raket potensialından tam istifadə etməyib”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Tasnim” xəbər agentliyinə müsahibəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH – İran Silahlı Qüvvələrinin elit bölmələri) komandirinin müşaviri Əhməd Vəhidi deyib.
O bildirib ki, İranın raketlərinin tükənməsi ilə bağlı iddialar yalandır:
“Biz hələ strateji raket potensialımızdan tam istifadə etməmişik. Lazım bildiyimiz zaman müasir avadanlıqlarımızı döyüş meydanına gətirəcəyik. Və yeni nəsil raketlər bunun yalnız bir hissəsidir”, - o vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top