
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefonda danışıb.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, telefon danışığı zamanı liderlər İsrail və İran arasındakı münaqişəni müzakirə ediblər.
Qeyd olunub ki, həmçinin prezidentlər ikitərəfli münasibətlər və regional məsələlər barədə də danışıblar.
Dövlət televiziyasının məlumatına görə, Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə də telefonda danışıb, oxşar məsələlər müzakirə olunub.