Bu çaydan sel keçir


Avtomat hidroloji stansiyaların iyunun 16-sı saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, yağan leysan xarakterli yağışlar nəticəsində hazırda Zaqatala rayonu ərazisindən axan Talaçay çayından sel keçir.
Böyük Qafqaz ərazisindən axan Katexçayda 23 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçay-Bozluda 9 sm artım qeydə alınır.
Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 17 sm artıb, su sərfi 321 m3/san olmaqla normanın 54%-ni, Qanıx-Cəlayir məntəqəsində isə 32 sm artıb, su sərfi 172 m3/san olmaqla normanın 102%-ni təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top