
Olimpiya, dünya və Avropa çempionu, Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında tatamiyə çıxıb.
Yeniavaz.com xəbər verir ki, 27 yaşlı idmançı ilk görüşdə məğlub olub.
H. Heydərov 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə uduzub.
Bu gün, həmçinin Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaq.