ABŞ-də naməlum şəxs atəş açdı – Deputat öldü, senator yaralandı


Naməlum şəxs ABŞ-nin Minnesota ştatının deputatını güllələyərək öldürüb, senatoru isə yaralayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Atışma iyunun 14-də səhər tezdən Minneapolisdən bir neçə kilometr şimalda yerləşən iki qonşu şəhərdə, Çemplin və Bruklin Parkında baş verib. Atəş açan şəxs polis forması geyinib.
Əvvəlcə atıcı ştat senatoru Con Hoffman və onun həyat yoldaşına atəş açıb. Onlar çoxsaylı güllə yaraları ilə xəstəxanaya yerləşdiriliblər, həkimlər onların sağ qalma şanslarını zəif qiymətləndirirlər.
Bundan sonra hücumçu Minnesota Nümayəndələr Palatasının üzvü Melissa Hortmanın evinə gedərək onu və ərini güllələyib.
Həmin vaxt polis Hortmanın evində növbətçi olub və atəş açan şəxsi saxlamağa çalışıb, lakin o, onlara atəş açıb qaçıb. 

DİGƏR XƏBƏRLƏR

Top