Milyarder Sanjay Kapur dünyasını dəyişdi – Arı udmuşdu


“Aureus Polo Team”in sahibi və Şahzadə Uilyamın yaxın dostu, iş adamı Sanjay Kapur, Vindzordakı “Smith's Lawn”da keçirilən “Cartier Trophy” yarışının yarımfinal matçı zamanı vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Guards Polo Club” açıqlama yayıb.
“Sanjay Kapurun matç zamanı özünü pis hiss etdiyini və yardım almasına baxmayaraq, dünyasını dəyişdiyini dərin hüznlə elan edirik”, - klubun açıqlamasında deyilir.
53 yaşlı Kapurun ölümü ilə bağlı məlumatı onun sədr vəzifəsində çalışdığı “Sona Komstar” da təsdiqləyib. Şirkət verdiyi açıqlamada ölümün səbəbinin qəfil infarkt olduğunu bildirib.
“The Mirror” nəşrinin yazdığına görə, infarkt nadir rast gəlinən bədbəxt hadisə nəticəsində baş verib – oyun zamanı arı Kapurun ağzını sancıb, anafilaktik şoka səbəb olub və nəticədə onun ürəyi dayanıb. Hadisə şahidlərinin sözlərinə görə, o, huşunu itirməzdən əvvəl: “Mən nəsə uddum” deyib.

DİGƏR XƏBƏRLƏR

Top