İsrailin zərbələri nəticəsində İranın daha iki generalı öldürüldü


İsrailin endirdiyi zərbələr nəticəsində İranın Baş Qərargah rəisinin iki müavini öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran hərbi idarəsi məlumat yayıb.
Məlumata görə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin kəşfiyyat üzrə müavini general Qulam Rza Mehrabi və Baş Qərargah rəisinin operativ işlər üzrə müavini general Mehdi Rabani İsrailin endirdiyi zərbələr nəticəsində öldürülüb.
Qeyd edək ki, bundan əvvəl İran rəsmiləri İsrailin hücumu nəticəsində Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqirinin, “Xatəmül-Ənbiya” Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının (Hava Hücumundan Müdafiə Qüvvələrinin Baş Qərargahı) komandanı, general-leytenant Qulam Əli Rəşidin, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri Hüseyn Salaminin və İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı general Əmir Əli Hacızadənin həlak olduğunu bildirmişdilər.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə proqramını hədəf alan “Aslan Milləti” əməliyyatına başlayıb. İsrail Müdafiə Qüvvələri 200 qırıcı təyyarənin nüvə obyektləri də daxil olmaqla İranda 100-dən çox hədəfə hücum etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top